“Qalatasaray”ın hücumçusu Mauro İkardi “Beşiktaş”la derbidə zədələnib.
Apasport.az saytı xəbər verir ki, argentinalı forvard Çempionlar Liqasının “Bavariya” ilə oyununda meydana çıxmaya bilər.
Sağ ayaq biləyindən zədələnən İkardinin ilkin müayinəsi aparılıb. İstanbul klubundan verilən məlumata görə, təcrübəli futbolçu ilə bağlı yekun qərar oyun günü veriləcək. Derbidə iki qol vuraraq, komandasının qələbə qazanmasında böyük pay sahibi olan Mauronun iynələrin köməyi ilə meydana çıxacağı bildirilir.
Qeyd edək ki, “Qalatasaray” - “Bavariya” matçı oktyabrın 24-də İstanbulda baş tuatacaq.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı