“Transfermarkt” portalı komandaların ümumi heyət dəyərinə əsasən dünyanın ən bahalı klublarının yenilənmiş reytinqini açıqlayıb.
Apasport.az xəbər verir ki, siyahıya 1,38 milyard avro göstərici ilə Madridin “Real” klubu başçılıq edir.
İkinci pillədə 1,29 milyard avro ilə “Arsenal” yer alıb. İlk üçlüyü isə 1,19 milyard avro göstərici ilə “Mançester Siti” tamamlayıb. Eyni göstəriciyə malik PSJ dördüncü sırada qərarlaşıb.
Reytinqdə diqqətçəkən məqamlardan biri “Nottingem Forest” klubunun 13-cü pillədə yer almasıdır. İngiltərə təmsilçisi 620 milyon avroluq heyət dəyərinə malik olsa da, hazırda Premyer Liqanın turnir cədvəlində 17-ci mövqedə qərarlaşıb.
Dünyanın ən bahalı 20 klubu aşağıdakılardır:
1. “Real” – 1,38 milyard avro
2. “Arsenal” – 1,29 milyard avro
3. “Mançester Siti” – 1,19 milyard avro
4. PSJ – 1,19 milyard avro
5. “Çelsi” – 1,18 milyard avro
6. “Barselona” – 1,12 milyard avro
7. “Liverpul” – 1,04 milyard avro
8. “Bavariya” – 981 milyon avro
9. “Tottenhem” – 879 milyon avro
10. “Mançester Yunayted” – 719 milyon avro
11. “Nyukasl Yunayted” – 713 milyon avro
12. "İnter” – 670 milyon avro
13. “Nottingem Forest” – 620 milyon avro
14. “Atletiko” – 589 milyon avro
15. “Yuventus” – 552 milyon avro
16. “Brayton” – 520 milyon avro
17. “Aston Villa” – 520 milyon avro
18. “Borussiya Dortmund” – 511 milyon avro
19. “Kristal Pelas” – 502 milyon avro
20. “Milan” – 486 milyon avro
Qeyd edək ki, Azərbaycan klubları arasında ən yüksək heyət dəyərinə malik komanda “Qarabağ”dır. Ağdam təmsilçisinin ümumi bazar dəyəri 28,5 milyon avro olaraq qiymətləndirilir.