Ryan Kent “Fənərbaxça”dan narazıdır.
Apasport.az xəbər verir ki, 26 yaşlı cinah oyunçusu meydanda az olmasından şikayətçidir.
Mövsümün əvvəlində Şotlandiya “Reyncers”indən İstanbul klubuna sərbəst futbolçu kimi gələn ingilis ehtiyatda oturmaq istəmir. Bu mövsüm Türkiyə Super Liqasında 4 matça çıxan futbolçu cəmi 114 dəqiqə meydanda olub. Yarımmüdafiəçinin qışda icarəyə verilməsi gözlənilir.
Qeyd edək ki, narazılığını açıq-aşkar ifadə etməyə başlayan Kent son olaraq “Fənərbaxça” ilə bağlı bütün paylaşımlarını sosial media hesablarından silib. Futbolçunun bu hərəkətinin onun gedişini sürətləndirəcəyi bildirilir.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı