“Fənərbaxça”nın Konfrans Liqasındakı rəqibi baş məşqçi ilə yolları ayırdığını açıqlayıb.
Apasport.az xəbər verir ki, Bolqarıstan “Ludoqorets”i avrokuboklarda İstanbul klubu ilə oyuna 3 gün qala İvaylo Petevi istefaya göndərdiyini açıqlayıb.
Komandanın dünən çempionatda “Arda” ilə matçı heç-heçə (0:0) bitirməsi klub rəhbərliyinin qəzəbinə səbəb olub. Oyundan sonra baş məşqçi ilə görüşən idarə heyəti qərarını Petevə bildirib. Hazırda komanda topladığı 24 xalla turnir cədvəlinin 5-ci pilləsində yer alır.
Qeyd edək ki, Konfrans Liqasının “Fənərbaxça” – “Ludoqorets” görüşü oktyabrın 26-da keçiriləcək.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı