Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov yeni mövsümə də “Hatayspor”da başlaya bilər.
Apasport.az saytına verilən məlumata görə, yayda “Qraşoppers”dən icarəyə götürülmüş azərbaycanlı forvard özü də Türkiyədə qalmaq istəyir.
Türkiyə klubunun baş məşqçisi Volkan Demirel şəxsən Dadaşovun transfer hüququnun İsveçrə klubundan alınmasını istəyir. Bunun üçün artıq danışıqlara start verilib. Transfer qiymətində razılıq əldə edilsə, qış fasiləsindən sonra Dadaşov bütövlükdə “Hatayspor”a məxsus olacaq.
Qeyd edək ki, onun “Qraşoppers”lə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir. "Hatayspor"la icarə müqaviləsi isə mövsümün sonunda başa çatır.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı