Bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.
Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Zirə” Sumqayıtda Estoniyanın “Payde” klubunu qəbul edəcək. Qarşılaşma saat 20:00-da başlayacaq.
Tərəflər arasında Estoniyada keçirilən ilk görüş “Payde”nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu cütün qalibi III təsnifat mərhələsində Avstriyanın “Rapid” klubu ilə qarşılaşacaq.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunu
20:00. “Zirə” – “Payde” 1:0
Hakimlər: Patrik Kolariç, İvan Yaniç, Dino Knez, Patrik Pavleşiç (hamısı Xorvatiya)
Stadion: Sumqayıt şəhər stadionu
İlk oyun: 0:1
"Zirə": 13. Aydın Bayramov, 4. Ruan Renato, 5. Anje Mutsinzi, 32. Qismət Alıyev(kapitan), 20. İssa Cibrilla, 93. Brahim Konate, 21. Guima, 17. Vieyrinya, 7. Eren Aydın, 22. Ayxan Quseynov, 9. Davit Volkov
Ehtiyat oyunçular skamyası: 72. Hüseynəli Quliyev, 99. Səlim Həşimov, 2. Amin Seydiyev, 8. İsmayıl İbrahimli, 10. Giorgi Papunaşvili, 11. Martins Junior, 14. Elçin Əlicanov, 23. Smit, 27. Loue, 29. Diqbeu, 57. Yusif Hacıyev, 77. Yeqor Boqomolski
Baş məşqçi: Rəşad Sadıqov
"Paide": 99. Ebrima Jarju, 27. Nikita Baranov, 3. Viktor Huqo, 7. Edqar Tur, 2. Mikael Lilander, 28. Oskar Haym(kapitan), 10. Martin Miller, 11. Sohna, 77. Daniel Luts, 19. Siim Luts, 30. Badamosi
Ehtiyat oyunçular skamyası: 12. Meerits, 56. Sapp, 4. Andrade, 6. Daniel Kabral, 8. Oyamaa, 9. Anier, 14. Yobarte, 17. Çam, 20. Piht, 21. Smirnov, 24. Niqula
Baş məşqçi: Tarno Kink/Mika Laurikaynen
- Acun Ilıcalı: "Türkiyədəki neqativ mühitdən bezdim"
- Qonzalo Qarsiya "Fulhem"də – "Real" gələcək satışdan da qazanacaq
- Əl-Xelaifi FIFA prezidentliyinə namizəd olacaq? – İnfantinoya rəqib axtarılır
- "Bolonya" və "Roma"dan hücumçu barteri – Dovbik getdi, Kastro gəldi
- "Yuventus"dan 33 milyonluq transfer – "Çelsi"ni qabaqladı