"Qarabağ" tarix yazdı - Pley-offdayıq! - YENİLƏNİB
29.01.2026 - 01:50
"Qarabağ" tarix yazdı - Pley-offdayıq!  - YENİLƏNİB

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu oyuna çıxıb.

Apasport.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv səfərdə “Liverpul”la qarşılaşıb.

Görüş saat 00:00-da başlayıb və rəqibin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Təmsilçimiz bu nəticə ilə 10 xalla liqa mərhələsini 22-ci yerdə tamamlayıb və ölkə tarixində ilk dəfə turnirin pley-off mərhələsinə vəsiqə qazanıb.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, VIII tur

00:00. "Liverpul" – "Qarabağ" - 6:0

Qollar: A.Mak Allister, 15, 61, F.Virts, 21, M.Salah, 50, H.Ekitike, 57

Baş hakim: İvan Kurjlyak

“Enfild Rod”