Messi karyerasında 1300 məhsuldar ötürmə edən ilk futbolçu olub
24.11.2025 - 13:27
Messi karyerasında 1300 məhsuldar ötürmə edən ilk futbolçu olub

“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi karyerasında 1300 məhsuldar ötürmə edən ilk futbolçu olub.

Apasport.az xəbər verir ki, o, bu nailiyyəti MLS-də 1/4 finalının "Çinçinnati" üzərində 4:0 hesablı qələbə qazandığı oyunda bir qol vuraraq, üç məhsuldar ötürmə edərək reallaşdırıb. Argentinalının karyerası ərzində 896 qol vurub, 404 məhsuldar ötürmə edib.

O, "Barselona"da 941, "İnter Mayami"də 117, PSJ-də 66 və Argentina millisində 176 məhsuldar ötürmə edib. Bu nailiyyətə çatmaq üçün ona 1135 oyun lazım olub.