Ulduz futbolçuların gedişi PSJ-ni çətinə salıb.
Apasport.az xəbər verir ki, Lionel Messi və Neymar klubu tərk etdikdən sonra Paris klubu sponsorlarla problem yaşayır.
Belə ki, argentinalının gedişindən sonra Fransa klubunun sosial şəbəkələrdə abunəçi sayı 10-15 milyon azalıb. Həmçinin, komandanın bir sıra sponsorları klubla əməkdaşlığa son qoymağı düşünürlər. “Ooredoo” və “Qatar Airways” də daxil olmaqla Qətər firmalarının sponsorluq töhfələrini yavaşlatdıqları deyilir. PSJ-nin kommersiya departamenti klubun bazası üçün investor tapmaqda və köynəklərin arxasına reklam qoymaqda çətinlik çəkir. Həmçinin ulduz futbolçuların yoxluğu bilet satışına da təsir göstərib.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı