"İnter Mayami"nin vingeri Edison Azkona maraqlı etirafı ilə gündəm olub.
Apasport.az xəbər verir ki, 20 yaşlı yarımmüüdafiəçi komanda yoldaşlarının argentinalı ulduz Lionel Messi ilə danışmaq üçün ispan dilini öyrəndiklərini deyib.
Dominikanlı futbolçu Argentina millisinin kapitanının ingiliscə danışmadığını vurğulayıb: “Mən Leo-nun ingiliscə danışdığını eşitməmişəm... Hərdən içəri girəndə ingilis dilində sadəcə “sabahınız xeyir” deyir. Komandada ingiliscə danışan və ispan dilini bilməyənlər isə bu dildə danışmaq üçün kursa belə yazılıblar. Hər kəs anlayır ki, Messi ilə ünsiyyət qurmağın yeganə yolu ispanca danışmaqdan keçir”.
Qeyd edək ki, yayda “İnter Mayami” ilə müqavilə imzalayan 36 yaşlı Messi komandanın heyətində keçirdiyi 14 matçda 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı