“Oğul, imkanım olsaydı, səninlə yerimi dəyişərdim”.
Apasport.az xəbər verir ki, bunu Braziliya millisinin və “Əl-Hilal”ın hücumçusu Neymar Juniyorun atası Neymar da Silva deyib.
O, oğlunun zədələnməsini, acı çəkməsini sosial şəbəkələrdə fəryad edərək dilə gətirib: “Bilmirəm sənə nə deyim, necə təsəlli verim, bu an üçün necə düzgün söz tapım. Sənin və bacının uğrunda canımı verərdim ki, necə əziyyət çəkdiyini görməyim. İnanıram ki, Allah məni sənin atan, müəllimin, idarəçin olmaq üçün yox, sənin dostun olmağımı istədiyi üçün yaradıb” .
Qeyd edək ki, Neymar Braziliya millisinin Uruqvayla oyununda (0:2) zədələnib. 31 yaşlı braziliyalının sol dizində çarpaz bağ və menisk yırtığı diaqnozu qoyulub.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı