"Porto" Silvanı heyətində saxladı
12.06.2026 - 18:23
"Porto" Silvanı heyətində saxladı

“Porto” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, Portuqaliya klubu hücumçu Andre Silva ilə müqavilə imzalayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı forvard komandaya azad agent kimi qoşulub. Tərəflər arasında imzalanan müqavilənin müddəti açıqlanmayıb.

Andre Silvanın son klubu İspaniya təmsilçisi “Elçe” olub. Onun La Liqa klubu ilə müqaviləsi 2025/26 mövsümünün sonunda başa çatıb. Hücumçu ötən mövsüm İspaniya çempionatında 31 oyuna çıxıb və 10 qol vurub.

Qeyd edək ki, Andre Silva “Porto”nun yetirməsidir. O, daha əvvəl doğma klubunun heyətində 58 matçda 24 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.