“Real”ın Arda Gülər planı - "Rodriqo üsulu"
20.10.2023 - 13:36
“Real” Arda Güləri noyabra qədər oynatmayacaq.
Apasport.az xəbər verir ki, “Kral klubu” türkiyəli yarımmüdafiəçinin fiziki cəhətədən komandaya uyğunlaşması üçün zamana ehtiyacı olduğunu düşünür.
Klub rəhbərliyi ona vaxtı ilə braziliyalı vinqer Rodriqo üçün sınaqdan keçirdiyi fiziki məşq metodunu tətbiq edəcək. Hazırda Ardanın zədəsi sağalsa da madridlilər onu noyabra qədər oynatmaq fikrində deyil.
Qeyd edək ki, 18 yaşlı cinah yarımmüdafiəçisi klub məşqləri zamanı ard-arda 2 dəfə zədələnib.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
1
0