Robertson əməliyyat olunsa...
18.10.2023 - 21:17
“Liverpul”un müdafiəçisi Endryu Robertson 3-4 ay yaşıl sahələrdən kənarda qalmaq təhlükəsi ilə üzləşib.
Apasport.az saytı xəbər verir ki, o, çiynindən əməliyyat oluna bilər.
Şotlandiyalı futbolçunun müalicəsi ilə bağlı yekun qərar son müayinədən sonra məlum olacaq. Əgər onun çiynində əməliyyat aparılarsa, Robertsonun barpa prosesi 12-16 həftə çəkəcək.
Qeyd edək ki, Robertson AVRO-2024-ün seçmə mərhələsinin İspaniya ilə oyununda zədələnib. 29 yaşlı müdafiəçi “Liverpul”un heyətində Premyer Liqada 8 oyun keçirib.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0