Danimarka millisinin üzvü “Qalatasaray”a qayıdır
02.06.2025 - 20:59

Hazırda karyerasını İtaliya A Seriyası təmsilçilərindən "Roma"da davam etdirən Viktor Nelssonun gələcəyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, futbolçu müqavilə ilə məxsus olduğu "Qalatasaray"a geri qayıdacaq,
Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
"Qurdlar" 26 yaşlı müdafiəçinin müqaviləsində yer alan 10 milyon avroluq bəndi aktivləşdirməyəcək.
Xatırladaq ki, Nelsson bu ilin fevral ayında 500 min avro qarşılığında "Roma"ya icarəyə verilmişdi.
Qeyd edək ki, Danimarka millisinin üzvü A Seriyası təmsilçisinin heyətində 9 rəsmi matçda iştirak edib.
0
0