Türkiyə Kuboku: İlk tura yekun vurulub
24.12.2025 - 23:44
Türkiyə Kuboku: İlk tura yekun vurulub

Futbol üzrə Türkiyə Kubokunda ilk tura yekun vurulub.

Apasport.az xəbər verir ki, turun son günündə 4 qarşılaşma baş tutub.

Günün ilk matçında “Iğdır” “Aliağa” klubu ilə üz-üzə gəlib. Dörd qolun vurulduğu görüşdə qalib müəyyənləşməyib – 2:2.

“Samsunspor” isə öz meydanında “Eyüpspor”la qarşılaşıb. Gərgin keçən matçda azarkeşlər 3 qolun şahidi olublar. Görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Türkiyə Kuboku
I tur
A qrupu
“Boluspor” - “Fethiyespor” - 0:0

B qrupu
“Iğdır” - “Aliağa” - 2:2
“Samsunspor” - “Eyüpspor” - 2:1

C qrupu
“Keçiörengücü” - “Beyoğlu Yeni Çarşı” - 3:1