“Mançester Siti”nin məşqində sürpriz qonaq - VİDEO
20.11.2015 - 00:06
“Mançester Siti”nin məşqində sürpriz qonaq - VİDEO

“Mançester Siti”nin bugünkü məşqində sürpriz qonaq olub. Apasport.az saytının klubun rəsmi tvitter hesabına istinadən məlumatına görə, məşhur aktyor Jan Klod Van Damm “şəhərlilər”in “Liverpul”la oyunöncəsi hazırlıqlarını izləyib.

 

Həmyerliləri Kevin De Bruyne və Vinsen Kompani ilə bir müddət söhbət edən Van Damm argentinalı futbolçu Serxio Aquero ilə də şəkil çəkdirib.

 

Qeyd edək ki, “Mançester Siti” – “Liverpul” matçı noyabrın 22-də keçiriləcək.