[b]Bayılda sensasiya, Lənkəranda 5 qol, “Qəbələ”dən səfər qələbəsi[/b] - [b]YENİLƏNİB[/b]
02.03.2016 - 21:11
[b]Bayılda sensasiya, Lənkəranda 5 qol, “Qəbələ”dən səfər qələbəsi[/b] - [b]YENİLƏNİB[/b]

Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, gün ərzində mərhələnin ilk qarşılaşmaları oynanılıb.

 

Baş tutan dörd matçdan üçü paytaxtda, biri isə əyalətdə keçirilib.

 

Günə Lənkəranda start verilib. Əzəli rəqiblər “Xəzər Lənkəran” və “Neftçi”nin oyunu gözlənildiyi kimi gərginliyi ilə yadda qalıb. 5 qolun vurulduğu qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Qonaqların təsəllisi isə səfər oyununda 2 qol vuraraq, növbəti mərhələ şanslarını cavab matçına saxlamaq olub.

 

1/4 finalın növbəti matçında “Qarabağ” “Sumqayıt”la oynayıb. Ardıcıl ikinci dəfə “Qızıl dubl”a imza atmaq istəyən ağdamlılar “kimyaçılar”la ilk görüşdən "quru" qələbə ilə ayrılıblar. Qurban Qurbanovun yetirmələri rəqibi iki cavabsız qolla yola salıb.

 

Mərhələnin mərkəzi qarşılaşması isə “Zirə”də baş tutub. Çempionatda mükafatlar uğrunda mübarizə aparan iki komandanın kubokda da rəqib olması matçın gərginliyini artıran əsas amil idi. “Qəbələ” bu mövsümü doğma meydanda məğlubiyyət acısı dadmamış Premyer Liqanın debütantının bu seriyasını qıra bilib. Roman Qriqorçukun yetirmələri son 20 dəqiqəsi daha hərəkətli keçən oyunda 2:1 hesablı qalibiyyətə seviniblər. Əldə olunan səfər qələbəsi ilə tur şanslarını öz əlində saxlayan əyalət təmsilçisi növbəti matça daha rahat çıxacaq.

 

Mərhələnin yeganə paytaxt derbisində isə sürpriz nəticə qeydə alınıb. “Rəvan” “İnter”i məğlub edib. Matçda hesabı "bankirlər" açsalar da, sonradan özündə güc tapan Bəhmən Həsənovun yetirmələri iki dəfə fərqlənərək əzmkar qələbə qazanmağı bacarıblar.

 

 

Azərbaycan kuboku

1/4 final, ilk oyunlar

2 mart (çərşənbə)

 

“Rəvan” – “İnter” - 2:1

Qollar: Nuran Qurbanov, 61, Ramazan Abbasov, 81 - Meza Kolli, 56


Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Məhəmməd Məmmədov
“Bayıl Arena”

 

“Rəvan”: 1. Rəşad Əzizli, 86. Yasin Həmid, 15. Ceyhun Abdullayev, 2. Ruslan Tağızadə, 92. Yamin Ağakərimzadə, 5. Mirkamil Haşımlı, 17. Ramazan Abbasov (k), 4. Kənan Müslümov, 3. Saşa Yunisoğlu, 16. Orxan Lalayev, 14. Elvin Əliyev

Ehtiyat oyunçular: 12. Elçin Sadıqlı, 98. Ülvi Kələşov, 99. Əziz Hüseynov, 22. Elmin Ağayev, 39. Əlibəy Məmmədli, 9. Nuran Qurbanov, 11. Elnur Abdulov

Baş məşqçi: Bəhmən Həsənov

 

“İnter”: 1. Kamran Ağayev , 3. Denis Silva, 6. Laşa Salukvadze, 7. Nika Kvekveskiri, 8. Nizami Hacıyev (k), 10. Elnur Abdullayev, 14. Zurab Xizanişvili, 20. Yuri Fomenko, 22. İlkin Qırtımov, 23. Sezar Meza Kolli, 24. Fuad Bayramov

Ehtiyat oyunçular: 79. Giorgi Lomaya, 2. Sərtan Taşkın, 9. Qara Qarayev, 12. Ruslan Əmircanov, 17. Vüqar Nadirov, 19. Mirhüseyn Seyidov, 45. İlkin Sadıqov

Baş məşqçi: Zaur Svanadze

 

 

“Zirə” – “Qəbələ” - 1:2

Qollar: Bonilla, 77 - Qay, 75, Dodo, 84

 

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Knyaz Əmiraslanov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Şahin Cəfərov 
Zirə İdman Kompleksinin stadionu

 

“Zirə”: 85. Kamal Bayramov, 2. Çimezi Mbah, 39. Sadiq Quliyev, 13. Aleksandr Şemonayev (k), 5. Adil Nağıyev, 11. Viktor İqbekoyi, 8. Tərzin Cahangirov, 19. Nurlan Novruzov, 17. Nicat Qurbanov, 28. Təmkin Xəlilzadə, 9. Nelson Bonilla

Ehtiyat oyunçular: 12. Şamo Həsənov, 27. Rəşad Abdullayev, 32. Luiz Alberto Diez, 90. Vüsal İsgəndərli, 6.Vüqar Mustafayev, 77. Ruslan Poladov, 10. İqor İvanoviç

Baş məşqçi: Adil Şükürov

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov, 7. Ermin Zets, 8. Məhəmməd Mirzəbəyov, 9. Sergey Zenyov, 10. Dodo (k), 19. Aleksey Qay, 21. Arif Daşdəmirov, 44. Rafael Santos, 87. Ruslan Abışov

Ehtiyat oyunçular: 33. David Petrzkeviç, 3. Vojislav Stankoviç, 5. Pavel Paşayev, 11. Asif Məmmədov, 20. Rikardinyo, 32. Rəşad Eyyubov, 97. Roman Hüseynov

Baş məşqçi: Roman Qriqorçuk

 

 

 “Xəzər Lənkəran” – “Neftçi” - 3:2
Qollar: Vaquf Güləliyev, 17; Tural Qürbətov, 19; İbrahim Qədirzadə, 52 - Ruslan Qurbanov, 22; Fəhmin Muradbəyli, 39
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Əli Hüseynov 
“Xəzər Lənkəran” mərkəzi stadionu

“Xəzər Lənkəran”: 1. Orxan Sadıqlı, 4. Ruslan Cəfərov, 6. Asif Mirili, 7. Orxan Səfiyaroğlu, 8. Vüqar Bəybalayev, 10. Tural Qürbətov, 15. Nodar Məmmədov, 16. İbrahim Qədirzadə, 17. Vaquf Güləliyev, 18. Tural Cəlilov (k), 32. Zaman Mirzəzadə

Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 9. Bayram Budaqov, 35. Elfad Baləhmədov, 41. Hüseyn Xəlilzadə, 66. Kənan Həsənov, 99. Mahsum Qənbərli

Baş məşqçi: Elbrus Məmmədov

 

“Neftçi”: 1. Aqil Məmmədov, 3. Jairo Rodriges Filyo, 5. Xuan Alberto Melli, 6. Aylton Silva, 10. Cavid İmamverdiyev, 11. Ruslan Qurbanov, 15. Erik Ramos, 19. Fəhmin Muradbəyli, 7. Araz Abdullayev (k), 26. Kamal Qurbanov, 95. Elvin Bədəlov

Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 4. Rahil Məmmədov, 17. Rəhman Hacıyev, 18. Elşən Rzazadə, 20. Salas Quinta Antonio, 8. Elşən Abdullayev, 61. Təyyar Məmmədov

Baş məşqçi: Əsgər Abdullayev

 

 

“Qarabağ” – “Sumqayıt” - 2:0

Qollar: Riçard Almeyda, 52 (p); Mahir Mədətov, 86

Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Mehman Mahmudov, Elvin Əsgərov
AFFA  nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Asim Xudiyev
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

“Qarabağ”: 63. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 8. Migel Madera, 10. Dani, 15. Rahid Əmirquliyev, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 55. Bədavi Hüseynov, 97. Mahir Mədətov

Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 67. Əl Hərbi Əl Jadeyui, 77. Cavid Tağıyev, 91. Coşqun Diniyev, 99. Muarem Muarem

Baş məşqçi: Qurban Qurbanov

 

“Sumqayıt”: 1. Səlahət Ağayev, 2. Slavik Alxasov, 5. Cəmil Hacıyev, 10. Uğur Pamuk, 13. Murad Ağayev, 14. Bəxtiyar Həsənalızadə (k), 24. Amit Quluzadə, 29. Amil Yunanov, 39. Emin Mehdiyev, 55. Ağabala Ramazanov, 99. Rasim Ramaldanov

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 6. Mikayıl Rəhimov, 7. Pərdis Fərcad-Azad, 8. Nicat Muxtarov, 17. Bayram Nuruzadə, 18. Aleksandr Çertoqanov, 70. Vaqif Cavadov

Baş məşqçi: Samir Abasov