[b]“Messi penaltidən ötürməni Suaresə yox, mənə vermişdi”[/b] - VİDEO
15.02.2016 - 10:18
[b]“Messi penaltidən ötürməni Suaresə yox, mənə vermişdi”[/b] - VİDEO

“Əslində, Messi penaltidən ötürməni Suaresə yox, mənə vermişdi”. Apasport.az saytı xəbər verir ki, bunu “Barselona”nın braziliyalı hücumçusu Neymar deyib.

 

İspaniya La Liqasının XXIV turu çərçivəsində dünən “Selta” ilə qarşılaşan “Barselona” rəqibini darmadağın edib – 6:1.

 

Matçın diqqətçəkən məqamlarından biri 81-ci dəqiqədə yaşanıb. Belə ki, komandasına 11 metrlik cərimə zərbəsi qazandıran argentinalı hücumçu Lionel Messi topun başına özü keçsə də, fərqli qərar qəbul edib.

 

O, zərbə vurmaq əvəzinə ötürmə edərək, komanda yoldaşı Luis Suaresin matçda het-trikini rəsmiləşdirməsinə şərait yaradıb.

 

Oyundan sonra açıqlama verən Neymar isə həmin məqamı məşqdə fikirləşdiklərini və Messinin ona ötürmə verdiyini bildirib: “Leo penaltidən məhsuldar ötürmə verdi. Amma qolu Suares yox, mən vurmalı idim. Çünki ötürmə mənə edilmişdi (gülür). Penaltini bu cür yerinə yetirmək ev tapşırığı idi və onu məşqlərdə sınaqdan keçirmişdik. Sadəcə, mənim kimi, Luis də həmin mövqedə idi və məni qabaqladı”.

 

Qeyd edək ki, ehtiyatında 1 oyun olan “Barselona” bu qələbədən sonra xallarının sayını 57-yə çatdıraraq, ilk pillədəki mövqeyini möhkəmləndirib.