Türkiyə Superliqasının XIII turu çərçivəsində baş tutan “Qalatasaray” – “Antalyaspor” qarşılaşması 3:3 hesablı bərabərliklə başa çatıb. Apasport.az saytının məlumatına görə, antalyalıların son anlarda bərabərlik qolunu vuran futbolçusu Mbilla Etame azərbaycanlı futbol azarkeşlərinə tanış simadı.
Belə ki, hazırda “Antalyaspor”da çıxış edən 27 yaşlı kamerunlu futbolçu bir dönəm milli birinciliyimizdə oynayıb. 2013/14 mövsümünü “Xəzər Lənkəran”da keçirmiş hücumçu meydana çıxdığı 30 oyunda 11 dəfə fərqlənməyə imkan tapıb.
Ölkəmizdən ayrıldıqdan sonra “Adanaspor”a keçən Etame bu mövsümdən etibarən “Antalyaspor” üçün “tər tökür”.