[b]Araz Abdullayev komandasını məğlubiyyətdən xilas etdi - VİDEO[/b]
13.08.2017 - 17:33
Azərbaycan millisinin futbolçusu Araz Abdullayev "Anortosis"in heyətində ilk matçına çıxıb. Apasport.az saytının məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi yenicə transfer olunduğu komandada debüt görüşünü qolla başa vurub.
Belə ki, Abdullayevin komandası bir gün öncə Yunanıstanın "Aris" klubu ilə yoxlama oyunu keçirib. Görüş 1:1 hesabı ilə başa çatıb.
Matçda Kipr təmsilçisinin bərabərlik topunu Araz vurub. 63-cü dəqiqədə meydana çıxan həmyerlimiz 83-cü dəqiqədə fərqlənib.
- "Trabzonspor"dan müdafiəçi transferi - İspaniyadan Türkiyəyə
- İkardi İspaniya yolunda- İki La Liqa klubu hücumçunu istəyir
- Qrinvud İstanbulda - “Fənərbaxça”nın yeni transferi azarkeşlərlə görüşəcək
- Təmsilçilərimizin avrokubok matçları bu kanallarda - TV AFİŞA
- "Arsenal" və "Fransa"ya şok: Saliba yarım il oynamayacaq
0
0