[b]Ferens Puşkaş mükafatına Xames Rodriqes yiyələndi[/b]
13.01.2015 - 00:02
FİFA 2014-cü ilin ən yaxşı qolunu müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, Ferens Puşkaş mükafatını Kolumbiya millisinin və "Real"ın hücumçusu Xames Rodriqes yiyələnib.
Onun DÇ-2014-də Uruqvay yığmasının qapısına vurduğu top azarkeşlər tərəfindən birinci seçilib. 3,3 milyon fanatın iştirak etdiyi sorğuda Rodriqesin qolu 42% səs yığıb.
İsveçrənin Sürix şəhərində baş tutan tədbirdə İrlandiya millisinin qadın futbolçusu (“Pimaunt Yunayted") Stefani Roş (33%) ikinci, Hollandiya yığması və “Mançester Yunayted”in hücumçusu Robin van Persi isə (11%) üçüncü olub.
0
0