Premyer Liqa klubu Avstraliyadan oyunçu aldı
16.01.2016 - 00:05
Premyer Liqa klubu Avstraliyadan oyunçu aldı

"Mançester Siti" qış transfer pəncərəsində ilk keçidini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, "şəhərlilər" Avstraliyanın "Sentral Kost Mariners" komandasının üzvü Entoni Kaseresi heyətinə cəlb edib.

 

Bu barədə xəbər Avstraliya klubunun rəsmi saytında verilib.

 

Mərkəz yarımmüdafiəçisi mövqeyində oynayan 23 yaşlı futbolçu 2012-ci ildən "Sentral Kost Mariners"in şərəfini qoruyur.

 

O, bu müddətdə meydana çıxdığı 62 oyunda 3 qola imza atıb.