Ötən gün Lionel Messinin “Barselona”da yubiley günü idi. Apasport.az saytının məlumatına görə, Argentina milli komandasının hücumçusu 10 il bundan əvvəl Kataloniya klubunun heyətində La Liqada debüt edib.
2004-cü ilin 16 oktyabr tarixində “Epanyol”la oyunda ilk matçına çıxan Messi bu haqda fikirlərini bildirib: “Öz ailəmə, dostlarıma, komanda yoldaşlarıma və mənə bu 10 il ərzində dəstək olan “Barsa”nın bütün məşqçi qərargahına təşəkkür etmək istəyirəm. Həmişə meydanda katalon klubunun formasını geyinməyimlə həzz almışam. Hazırda yalnız komandanın uğurları və titulları haqqında düşünürəm. Bundan sonra da əlimdən gələni edəcəyəm”.
Qeyd edək ki, Messinin debüt etdiyi “Epanyol”la matçda “Barselona” 1:0 hesabı ilə qələbə qazanmışdı. Leo “Barsa”da daha əvvəl 16 noyabr 2003-cü ildə 16 yaş və 145 günlüyündə əsas komandasının heyətində "Portu"ya qarşı yoldaşlıq görüşündə ilk rəsmi oyununu keçirib.
Bu oyundan bir il keçməmiş (16 oktyabr 2004-cü ildə, 17 yaş və 114 günlüyündə) Frank Raykard "Espanyol"la oyunda ona La Liqada debüt etmək şansı verərək, ölkə çempionatında meydana çıxan üçüncü ən gənc oyunçu ünvanını qazanmış olub. Ən gənc oyunçu adına isə sentyabr 2007-ci ildə meydana çıxan Boyan Krkiç sahibdir.