"Araz-Naxçıvan" hesabı açdı - YENİLƏNİR
22.11.2025 - 15:24
"Araz-Naxçıvan" hesabı açdı - YENİLƏNİR

Misli Premyer Liqasında XII turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutacaq.

"Araz-Naxçıvan" Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Turan Tovuz"u qəbul edəcək. 

Kurban Berdıyevin yetirmələri lider "Qarabağ"dan çox uzaq düşməmək üçün meydana mütləq qələbə üçün çıxacaqlar. Elə Naxçıvan cəbhəsində də əsas məqsəd liderlər qrupundan ayrı düşməməkdir. Elmar Baxşıyevin komandası bu gün 3 xal qazansa, Tovuz təmsilçisiylə xallarının sayını bərabərləşdirəcək - 22 xal. 

Qeyd edək ki, oyunun start fiti saat 15:00-da səslənəcək.

Misli Premyer Liqası

II dövrə, XII tur

15:00. "Araz-Naxçıvan" - "Turan Tovuz" 1:0

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, İslam Məmmədov
VAR: Rəşad Əhmədov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu

“Araz-Naxçıvan”: 12. Kristian Avram, 34. Urfan Abbasov (k), 3. Bəxtiyar Həsənalızadə, 5. Slavik Alxasov, 16. Ramon Maçado, 6. Patrik Andrade, 29. Vanderson Melo, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 7. Hamidu Keyta, 11. Ba-Muaka Simakala

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 76. Süleyman Həsənov, 2. Qara Qarayev, 8. Coşqun Diniyev, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 24. Mustafa Əhmədzadə, 33. Elmir Cəfərov, 77. Bruno Franko, 19. Bar Kohen

Baş məşqçi: Elmar Baxşıyev

“Turan Tovuz”: 1. Oleq Baklov, 29. Filip Ozobiç, 88. Faiq Hacıyev, 6. Fərid Yusifli, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 21. Aleks Souza

Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 11. Ayxan Hüseynov, 2. Abdulla Rzayev, 77. Veysəl Rzayev, 73. Ülvü Mədətov, 14. Murad Dadaşev, 30. Mircamal Əlizadə

Baş məşqçi: Kurban Berdiyev