“Araz-Naxçıvan” “Trabzonspor”a qarşı - YENİLƏNİR
17.07.2025 - 09:05

Türkiyədə təlim-məşq toplanışı çərçivəsində “Araz-Naxçıvan” bu gün sonuncu - 4-cü yoxlama oyununu keçirəcək.
Apasport.az xəbər verir ki, komanda Super Liqa təmsilçilərindən "Trabzonspor"la üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Qeyd edək ki, "Araz-Naxçıvan" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"lə (Yunanıstan) üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.
0
0