"Araz-Naxçıvan" "Turan"ı Sumqayıtda qəbul edir - YENİLƏNİR
22.11.2025 - 09:56
"Araz-Naxçıvan" "Turan"ı Sumqayıtda qəbul edir - YENİLƏNİR

Misli Premyer Liqasında XII turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutacaq.

"Araz-Naxçıvan" Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Turan Tovuz"u qəbul edəcək. 

Kurban Berdıyevin yetirmələri lider "Qarabağ"dan çox uzaq düşməmək üçün meydana mütləq qələbə üçün çıxacaqlar. Elə Naxçıvan cəbhəsində də əsas məqsəd liderlər qrupundan ayrı düşməməkdir. Elmar Baxşıyevin komandası bu gün 3 xal qazansa, Tovuz təmsilçisiylə xallarının sayını bərabərləşdirəcək - 22 xal. 

Qeyd edək ki, oyunun start fiti saat 15:00-da səslənəcək.

Misli Premyer Liqası

II dövrə, XII tur

15:00. "Araz-Naxçıvan" - "Turan Tovuz"

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, İslam Məmmədov
VAR: Rəşad Əhmədov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu