"Ayaks"dan Tadiç açıqlaması
11.07.2025 - 02:52

"Fənərbaxça"dan ayrılan Tadiç keçmiş klubu "Ayaks"a qayıtmayacaq.
Apasport.az xəbər verir ki, Niderland klubu Duşan Tadiçlə bağlı rəsmi açıqlama verib.
Niderland klubunun meneceri Con Heytinqa serb futbolçunu transfer etməyəcəklərini açıqlayıb:
"Duşan Tadiçi geri qaytarmayacağıq. Diqqətimizi əlimizdə olan futbolçulara yönəldiririk", - deyərək transfer söz-söhbətlərinə son qoyub.
Qeyd edək ki, 36 yaşlı Tadiç "Fənərbaxça"da keçirdiyi iki mövsümdə çox uğurlu çıxış edib. O, "sarı-lacivərd" forma ilə 109 matçda 29 qol və 35 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0