Bakıda Kamandan Oxatma üzrə ölkə birinciliyinə start verilib
06.02.2025 - 17:29
Bakıda Kamandan Oxatma üzrə ölkə birinciliyinə start verilib

Bu gün Bakıda Kamandan Oxatma üzrə ölkə birinciliyi və çempionatına start verilib. 

Apasport.az xəbər verir ki, turnirə Azərbaycanın müxtəlif bölgələrindən olan 60-a yaxın idmançı qatılıb.

Kişi və qadın oxatanlar 3 yaş kateqoriyası üzrə (16 yaşa qədər yeniyetmələr, 16-18 yaşlı gənclər və böyüklər) hədəfi 18 metrdən nişan alırlar.

Qeyd edək ki, çempionata fevralın 7-də yekun vurulacaq.

0