I Liqa: "Mingəçevir"dən kritik 3 xal - YENİLƏNİB
07.03.2025 - 15:58
I Liqa: "Mingəçevir"dən kritik 3 xal - YENİLƏNİB

Bu gün Azərbaycan I Liqasında XVII tura yekun vurulub.

Apasport.az xəbər verir ki, 2-ci oyun günündə 3 qarşılaşma baş tutub.

Lider "Qəbələ" mövsüm ilk dəfə bir matçda 2 top buraxıb. Komanda "Cəbrayıl"a qalib gəlib - 3:2. 

"Mingəçevir" "İmişli"nin qonağı olub. Komanda səfərdə taleyüklü qələbə qazanıb - 1:0.

"Karvan" isə evdə "Zaqatala"nı qəbul edib. 0:2 hesabı ilə geridə olan yevlaxlılar rəqibini 3:2 hesabı ilə məğlub edib.

7 mart (cümə)

13:00. “Cəbrayıl” – “Qəbələ” 2:3
Hakimlər:
 Kamran Əliyev, Tərlan Talıbzadə, Samir Qaracayev, Şamil İmanzadə
"ASCO Arena”

14:00. “İmişli” – “Mingəçevir” 0:1
Hakimlər:
 İslam Məmmədov, Orxan İbişov, Mirnihad Seyidov, Səbuhi Bayramov
Heydər Əliyev adına İmişli şəhər stadionu

14:00. “Karvan” – “Zaqatala” 3:2
Hakimlər
: Vüqar Həsənli, Şirmamed Mamedov, Kərim Zeynalov, Sənan Bayramzadə
Yevlax şəhər stadionu