Elvin Cəfərquliyev millinin heyətindən çıxarılb
11.11.2025 - 16:58
Elvin Cəfərquliyev millinin heyətindən çıxarılb

 

Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

Apasport.az xəbər verir ki, "Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev yüksək bədən temperaturu səbəbindən heyətdən çıxarılıb. Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, komandamız DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 13-də 8-ci km qəsəbə stadionunda İslandiya, noyabrın 16-da isə Tofiq Bəhramov adına Respublika Stadionunda Fransa yığması ilə qarşılaşacaq.