"Kəpəz" "Zirə"ni qəbul edir - YENİLƏNİR
28.11.2025 - 11:15
"Kəpəz" "Zirə"ni qəbul edir - YENİLƏNİR

Misli Premyer Liqasında bu gün XIII tura start veriləcək.

Apasport.az xəbər verir ki, turun açılış matçında "Kəpəz" Yevlax şəhər stadionunda "Zirə" ilə üz-üzə gələcək.

"Zirə" 23 xalla turnir cədvəlinin 3-cü pilləsində yer alıb. 6 xala malik "Kəpəz" isə onuncudur.

Misli Premyer Liqası

XIII tur

28 noyabr

14:00. "Kəpəz" – "Zirə"

Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Teymur Teymurov, İslam Məmmədov.

Yevlax şəhər stadionu