
Azərbaycanın badminton millisi Bakıda təşkil olunan qarışıq komandalar arasında Avropa çempionatında bu gün sonuncu matçını keçirəcək.
Apasport.az xəbər verir ki, Morteza Validarvinin baş məşqçisi olduğu kollektiv I qrupda Danimarka ilə üz-üzə gələcək.
Bakı İdman Sarayında baş tutacaq qarşılaşma saat 10:00-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl qrupda keçirdiyi oyunlarda İngiltərə və İspaniyaya 2:3 hesabı ilə məğlub olaraq yarımfinal şansını itirib. Hazırda Danimarka millisi 2 xalla qrup lideridir. Hərəyə 1 xal qazanan İspaniya ilə İngiltərə müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşıblar. Xalı olmayan Azərbaycan millisi sonuncudur.