"Kəpəz", "Sumqayıt", "Səbail" - "Qarabağ"dan 5 alanlar...
12.02.2025 - 10:30
Misli Premyer Liqasında 2024/25 mövsümünün ən böyük hesablı nəticəsi təkrarlanıb.
Apasport.az xəbər verir ki, XXII turda “Səbail”i qəbul edən “Qarabağ” 5:0 hesabı ilə qalib gəlib.
Mövsümdə 3-cü dəfə bir komanda 5 top fərqi ilə qələbə qazanıb. Əvvəlki iki matçda olduğu kimi yenə “Qarabağ” fərqlənib.
Ağdam klubu 2024-cü il oktyabrın 18-də səfərdə “Kəpəz”i, dekabrın 16-da evdə “Sumqayıt”ı eyni – 5:0 hesabı ilə məğlub edib.
0
0