Mövsümün taleyi bəlli olur - YENİLƏNİR
18.04.2026 - 13:11
Mövsümün taleyi bəlli olur - YENİLƏNİR

Misli Premyer Liqasında XXVIII turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutacaq.

Turun mərkəzi görüşü Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

"Qarabağ" "Sabah"la qarşılaşacaq. Oyun saat 19:30-da başlayacaq.

Ağdam təmsilçisi qalib gələrək intriqanı qorumaq niyyətindədir. "Bayquşlar" isə mövbəti qələbə ilə çempionluğu böyük ölçüdə təmin edəcək.

Misli Premyer Liqası
XXVIII tur
18 aprel (şənbə)

“Qarabağ” – “Sabah” 
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov
VAR: Tural Qurbanov
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Azər Əsgərov
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:30