Oğuz Çetin reanimasiyaya yerləşdirildi
12.02.2025 - 14:09
Oğuz Çetin reanimasiyaya yerləşdirildi

Türkiyə futbolunun əfsanələrindən Oğuz Çetin xəstəxanaya yerləşdirilib.

Apasport.az xəbər verir ki, "Fənərbaxça"nın sabiq futbolçusunun müalicəsi reanimasiya bölməsində davam etdirilir.

Bunu Türkiyə Futbol Federasiyasının mətbuat xidməti açıqlayıb.

Keçmiş yarımmüdafiəçi beyin damarlarının tıxanıqlığından əziyyət çəkir.

Qeyd edək ki, Çetin 1988-96-cı illərdə "Fənərbaxça"nın şərəfini qoruyub. O, həmçinin Türkiyə millisində 70 matça çıxıb.