“Qarabağ” Şamaxı səfərində - YENİLƏNİR
05.02.2026 - 09:21
“Qarabağ” Şamaxı səfərində  - YENİLƏNİR

Azərbaycan Kubokunda 1/4 final mərhələsi davam edir.

Apasport.az xəbər verir ki, bu gün ilk oyunlara yekun vurulacaq.

"Qarabağ" "Şamaxı"nın qonağı olacaq. Görüşü Kamranbəy Rəhimov idarə edəcək.

Ağdam təmsilçisi 1/8 finalda "Karvan-Yevlax"ı, "münəccimlər" isə "Baku Sporting"i məğlub edib.

Azərbaycan Kuboku
1/4 final, ilk oyunlar
5 fevral
14:30. "Şamaxı" – "Qarabağ"

Hakimlər: Kamranbəy Rəhimov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Murad Səlimov.
VAR: Rauf Cabarov.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı şəhər stadionu