“Kəpəz” mövsümdə ilk qələbəsini qazandı - YENİLƏNİB
17.10.2025 - 16:29
“Kəpəz” mövsümdə ilk qələbəsini qazandı - YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında VIII tura start verilib.

Apasport.az xəbər verir ki, günün ilk matçında “Şamaxı” autsayder “Kəpəz”i qəbul edib.

Oyun saat 14:30-da start götürüb.

Azarkeşlər gərgin keçən qarşılaşmada 5 qola şahidlik ediblər. Qonaqlar rəqibini 4:1 hesabı ilə darmadağın edib.

Qeyd edək ki, "Kəpəz" bu nəticə ilə mövsümdə ilk qələbəsini qazanıb.

Misli Premyer Liqası
VIII tur

14:30. "Şamaxı" – "Kəpəz" 1:4
Qollar:Sezar Enrike 11 - Fərid Nəbiyev, 34, 39, Luis Paçu, 67 (pen), 85
Qırmızı vərəqə: Abdullahi Şuaybu, 45+1

Baş hakim - Əliyar Ağayev
Şamaxı şəhər stadionu

“Şamaxı”: 1. Rikardo Fernandes (k) 80. Həbib İsmayılov 82. Rüfət Abbasov 9. Karim Rossi 3. Vladislav Veremeyev13. Rikardo Apolinario 11. Dioqo Balau 4. Sezar Enrike 44. David Santos 19. Abdullahi Şuaybu 8. Alfons Msanqa

Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 17. Rafael Məhərrəmli 5. Arsen Ağcabəyov 21. Bilal İsmayılov 27. Emil Süleymanov 97. Oruc Məmmədov 77. Nihat Mehralıyev 14. Ravil Qafarov 24. Sənan Muradlı 6. Antonio Lara

Baş məşqçi: Ayxan Abbasov

“Kəpəz”: 1. Kaçper Rosa 27. Məqsəd İsayev 77. Fərid Nəbiyev 88. Şakir Seyidov 9. Luis Paçu 11. Vitor Feijao 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 12. Mahamadu Ba 10. Ryonosuke Ohori 38. Cefferson Bentu

Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 7. Ehtiram Şahverdiyev 99. Əli Səmədov 5. Rauf Hüseynli 17. Ümid Səmədov 53. Şahmar Aşurov 20. ElcanƏbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 55. KresusDonqo 6. Pedro Qomeş

Baş məşqçi: Azər Bağırov