“Şamaxı” Sumqayıt səfərində - YENİLƏNİR
13.03.2026 - 10:14
“Şamaxı” Sumqayıt səfərində - YENİLƏNİR

Bu gün Misli Premyer Liqasında XXIV tura start veriləcək.

Apasport.az xəbər verir ki, günün son matçı Sumqayıtda baş tutacaq.

Şəhərin eyniadlı komandadı öz meydanında "Şamaxı"nı qəbul edəcək.

Qeyd edək ki, "Sumqayıt" 32 xalla 6-cı, "münəccimlər" isə 27 xalla 8-ci sırada qərarlaşıb.

Misli Premyer Liqası
XXIV tur

20:30. "Sumqayıt" – "Şamaxı"
Baş hakim: Cavid Cəlilov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu