Premyer Liqa klubları üz-üzə - YENİLƏNİR
23.07.2025 - 12:05
Premyer Liqa klubları üz-üzə - YENİLƏNİR

"Sumqayıt" bu gün yay hazırlıqları çərçivəsində ilk yoxlama oyununu keçirəcək.

Apasport.az xəbər verir ki, komanda "İmişli" klubu ilə qarşılaşacaq.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oynanılacaq qarşılaşmaya saat 18:30-da start veriləcək.

Qeyd edək ki, iyulun 25-də “Sumqayıt” hazırlıqların ikinci mərhələsi üçün Qəbələyə yollanacaq və təlim-məşq prosesini orada davam etdirəcək.