“Qarabağ”ın sabiq futbolçusu Tarik Elyunussi apasport.az saytına açıqlama verib. Norveç millisinin də keçmiş üzvü bu gün “Qarabağ”ın Avropa Liqasının 5-ci turunun “Lion”a qarşı keçirəcəyi oyunla bağlı fikirlərini bildirib. Norveçlinin fikrincə, “Qarabağ” bu gün Fransa klubuna qarşı çətinlik çəkəcək, amma qalib gəlmək üçün də şansları az deyil:
“Qarabağ”a afərin. Ötən turda çox ağır Norveç səfərində əla qələbə qazandılar. Bu da “Qarabağ”ın əsl xarakterini göstərdi. Özünüz də bilirsiz ki, “Bodo-Qlimt”ə qarşı, xüsusilə də Norveçdə oynamaq çox ağırdır. Lakin Qurban Qurbanov və onun komandası əla mübarizə apardılar. Bu da “Qarabağ”ın gücünü, xarakterini göstərir. Şanslar get-gedə artır. Bu gün “Lion”la qarşılaşacaqlar. Doğrudur, çox ağır oyun olacaq. Lakin “Qarabağ”ın bu görüşdə qalib gəlməsi mümkündür. Çünki “Lion”un problemləri də var. Bunlar da “Qarabağ”ın işinə yaraya bilər. Mən “Qarabağ”a çox inanıram. Ümidvaram ki, onlar “Lion”a qalib gələcək”.
Xatırladaq ki, Tarik “Herenven”, “Fredrikstad”, “Rusenborq”, “Hoffenhaym”, “Olimpiakos”, AİK, “Şonan Belmare” klubları ilə yanaşı 2017/2018 sezonunda “Qarabağ”ın da formasını geyinib.
- "Difai"dən əzmkar geridönüş, "Qəbələ” liderliyə yüksəldi, - YENİLƏNİB
- "Qarabağ" azarkeşlərini kədərləndirən xəbər : Juninyonu izləməyə gəlirlər
- “Araz-Naxçıvan”ın daha bir futbolçusu məşqlərə başlayıb
- "Neftçi" - "Qarabağ" oyununun hakim təyinatları bəlli oldu
- Abdullah Zubir: “Qarabağ”la Çempionlar Liqasında oynamaq istərdim”