“Turan Tovuz” Mərakeş klubu ilə üz-üzə - YENİLƏNİR
05.08.2025 - 12:21
“Turan Tovuz” Mərakeş klubu ilə üz-üzə - YENİLƏNİR

Təlim məşq toplanışını Türkiyədə keçirən "Turan Tovuz" bu gün son yoxlama matçına çıxacaq.

Apasport.az xəbər verir ki, Kurban Berdıyevin yetirmələri Mərakeş təmsilçisi "Vidad"la qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 18:00-da baş tutacaq.

Qeyd edək ki, qərb təmsilçisi buna qədər "Keçiörengücü" və "Çorum"la hazırlıq matçları çərçivəsində üz-üzə gəlib. Hər iki görüş bərabərliklə nəticələnib (0:0, 1:1).