“Turan Tovuz” məğlub oldu - YENİLƏNİB
05.08.2025 - 21:52
“Turan Tovuz” məğlub oldu - YENİLƏNİB

Təlim məşq toplanışını Türkiyədə keçirən "Turan Tovuz" bu gün son yoxlama matçına çıxıb.

Apasport.az xəbər verir ki, Kurban Berdıyevin yetirmələri Mərakeş təmsilçisi "Vidad"la qarşılaşıb.

Matçda hesabı rəqib komanda açıb. Tovuzluların səylərinə baxmayaraq, görüşdə hesab dəyişməyib - 0:1.

Qeyd edək ki, qərb təmsilçisi buna qədər "Keçiörengücü" və "Çorum"la hazırlıq matçları çərçivəsində üz-üzə gəlib. Hər iki görüş bərabərliklə nəticələnib (0:0, 1:1).