
İngiltərə Premyer Liqası komandalarından "Mançester Yunayted" Onananın çıxışından narazıdır.
Apasport.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, "qırmızı şeytanlar" buna görə "Real Madrid"in perspektivli qolkiperi Andrey Lunini transfer etmək istəyir.
Mançester təmsilçisi ukraynalını növbəti mövsümdə heyətində görmək niyyətindədir.
Xatırladaq ki, "kral klubu" qapıçını 2018-ci ildə "Luqansk"dan 8,5 milyon avroya heyətinə qatmışdı. Onun Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədər qüvvədədir.
Qeyd edək ki, Lunin bu mövsümdə "Real"da 9 oyun keçirib və 12 qol buraxıb.