Dünya kubokunda oyun cədvəli bəlli oldu
24.05.2025 - 11:07
Dünya kubokunda oyun cədvəli bəlli oldu

Basketbolun 3x3 növü üzrə Dünya kubokunun Bakıda keçirilən seçmə mərhələsi bu gün start götürəcək.

Apasport.az xəbər verir ki, kişilərin yarışında qrup mərhələsinin matçları bu gün keçiriləcək.

6 komanda iki qrupda mübarizə aparacaq. Azərbaycan millisi B qrupunda yarışacaq.

Orxan Aydın, Amil Həmzəyev, Nəzər Quliyev və Kamran Məmmədovdan ibarət yığmamız ilk matçını Kanada ilə keçirəcək. Komandamız qrup mərhələsini Böyük Britaniya ilə matçla başa vuracaq.

A qrupunda Monteneqro, Ruanda, İran, B qrupunda Kanada, Böyük Britaniya, Azərbaycan mübarizə aparacaq.

Dünya kubokunun seçmə mərhələsi
Kişilər
24 may
Qrup mərhələsi

I tur
A qrupu

16:50. Monteneqro - Ruanda

B qrupu
17:15. Kanada – Böyük Britaniya

II tur
A qrupu

18:40. Monteneqro - İran

B qrupu
19:05. Kanada - Azərbaycan

III tur
A qrupu

20:30. Ruanda - İran

B qrupu
20:55. Böyük Britaniya – Azərbaycan

Qeyd edək ki, hər qrupdan iki komanda yarımfinala yüksələcək.