ÇL: “Qarabağ” tarix yazmağa davam edir - YENİLƏNİB
21.01.2026 - 23:40
ÇL: “Qarabağ” tarix yazmağa davam edir - YENİLƏNİB

“Qarabağ” bu gün Çempionlar Liqasında növbəti oyuna çıxıb.

Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi Bakıda “Ayntraxt”ı qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşə saat 21:45-də start verilib.

Gərgin keçən matçda azarkeşlər 5 qola şahidlik ediblər. Oyun təmsilçimizin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, VII tur

21 yanvar

21:45 Qarabağ – Ayntraxt (Frankfurt, Almaniya) 3:2

Qol: K. Duran, 4, 80, C. Uzun, 11, F.Çaibi, 78(pen), B. Mustafazadə, 90+4

Baş hakim: Sandro Şerer (İsveçrə)