ÇL: Pley-off mərhələsinə start verilir - YENİLƏNİR
19.08.2025 - 12:42
ÇL: Pley-off mərhələsinə start verilir - YENİLƏNİR

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start veriləcək.

Apasport.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutacaq.

"Qarabağ" səfərdə "Ferentsvaroş"la üz-üzə gələcək.

"Srvena Zvezda" "Pafos"u qəbul edəcək. "Brügge" isə "Reyncers"in qonağı olacaq.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
19 avqust

23:00. "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" (Azərbaycan)
23:00. "Srvena Zvezda" (Serbiya) - "Pafos" (Kipr)
23:00. "Reyncers" (Şotlandiya) - "Brügge" (Belçika)

Qeyd edək ki, mərhələnin digər görüşləri avqustun 20-də keçiriləcək.