ÇL: “Qarabağ” İrlandiya klubuna qarşı - YENİLƏNİR
23.07.2025 - 09:00
ÇL: “Qarabağ” İrlandiya klubuna qarşı - YENİLƏNİR

Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasında mövsümə start verəcək.

Apasport.az xəbər verir ki, Qurban Qurbanovun başçılıq etdiyi komanda İrlandiyada “Şelburn” klubu ilə qarşılaşacaq.

“Tolka Park” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, komandalar arasındakı cavab matçı iyulun 30-da Bakıda oynanılacaq.

UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun

22:45 "Şelburn" – "Qarabağ"