Bu gün Azərbaycan çempionu “Sabah” Çempionlar Liqasının birinci təsnifat mərhələsində cavab görüşünə çıxacaq.
Apasport.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv Uelsin TNS klubu ilə qarşılaşacaq.
İlk dueldə rəqibini məğlub edən təmsilçimiz səfərdə üstünlüyünü qorumağa çalışacaq.
Qeyd edək ki, cütün qalibi II turda Şimali Makedoniyanın "Vardar" və Finlandiyanın KuPS klublarının (ilk oyun: 0:2) arasında keçiriləcək oyunun güclüsü ilə qarşılaşacaq.
21:30 TNS (Uels) – “Sabah” (Azərbaycan)
Osvestry, Park Hall Stadionu
Baş hakim: Mateo Buskets Ferrer (İspaniya)
İlk oyun: 0:2