DÇ-2026: Türkiyə millisinin rəqibi bu gün bəlli olur - YENİLƏNİR
20.11.2025 - 11:33
DÇ-2026: Türkiyə millisinin rəqibi bu gün bəlli olur - YENİLƏNİR

Bu gün gələn yay ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılacaq.

Apasport.az xəbər verir ki, tədbirə Bakı vaxtilə saat 16:00-da start veriləcək.

Püşkatmada Türkiyə milli komandası birinci səbətdə yer alacaq.

DÇ-2026. Pley-off mərhələsi

Birinci səbət: İtaliya, Danimarka, Türkiyə, Ukrayna;
İkinci səbət: Polşa, Uels, Çexiya, Slovakiya;
Üçüncü səbət: İrlandiya, Albaniya, Bosniya və Herseqovina, Kosovo;
Dördüncü səbət: İsveç, Rumıniya, Şimali Makedoniya, Şimali İrlandiya.

Qeyd edək ki, birinci səbətdəki komandalar dördüncü, ikinci səbətdəki komandalar isə üçüncü səbətdəkilərə rəqib olacaqlar.